İdman

Avropada daha bir çempionata erkən yekun vuruldu

2 May 2020 11:59
0 Şərh     Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland və Fransadan sonra Avropanın daha bir ölkəsində futbol mövsümünə vaxtından əvvəl yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2019/20 mövsümü Cəbəllütariq çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq. Bu haqda Cəbəllütariq Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Buna səbəb hökumətin assosiasiyaya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirməsi olub.

Assosiasiya UEFA ilə müzakirə etdikdən sonra 2020/2021 mövsümü üçün avrokuboklara vəsiqələri də müəyyənləşdirib. Altı komandanın yarışdığı liqadan turnir cədvəlindəki hazırkı mövqeyinə əsasən birinci pillədəki "Europa" Çempionlar Liqasında, ikinci sıradakı "Sent-Cozefs" Avropa Liqasında mübarizə aparacaq. Ölkə kuboku başa çatmadığı üçün 39 xalla 3-cü yerdə olan "Linkoln" də Avropa Liqasında çıxış edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.