İdman

“Mənimlə belə davranacaqlarını gözləməzdim”

2 May 2020 10:04
0 Şərh     Baxış: 1 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın hücumçusu Qaret Beyl komandasının azakeşlərinin onu tənqid etməsinə münasibət bildirib.

Milli.Az qol.az- istinadən xəbər verir ki, o deyib:

"Real"a keçəndə bunu təsəvvür etməzdim. Öz azarkeşlərimizin mənimlə belə davranacağını gözləməzdim. Əgər bu, yaxşı oynamayan, iki top fərqi ilə uduzan bütün komandaya qarşı olsaydı, bunu başa düşərdim. Amma öz futbolçunu fitə basmağı doğru saymıram. Belə olanda futbolçunun özünəinamı azalır, hər şey pisləşir. Daha da pis oynayırsan ki, bu da azarkeşləri özündən çıxarır. Hardasa onlar özlərinə də ziyan vururlar. Məncə, bu, mənasızdır".

Qeyd edək ki, ötən ilin noyabrında "Real"ın oyununda Beyl topa hər toxunuş edərkən azarkeşlər onu fitə basıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.