İdman

PSJ Neymar üçün 333 milyon xərc çəkib

1 May 2020 18:14
1 Şərh     Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Marca" nəşri braziliyalı hücumçu PSJ-nin Neymara çəkdiyi xərci açıqlayıb.

Milli.Az xəbər verir ki, Paris təmsilçisi 28 yaşlı futbolçunu "Barselona"da 222 milyon avroya transfer edib. Onun illik maaşı 37 milyon avrodur. 3 il ərzində paytaxt klubu Neymara 111 milyon avro məvacib ödəyib.

Beləliklə, ulduz oyunçunun bütün xərcləri 333 milyon avro edib. Neymar PSJ-nin rəsmi matçlarının 51 faizində iştirak edib. Braziliya millisinin üzvünün bir oyunu Fransa klubuna 4,16 milyon avroya başa gəlir.

Neymar bu mövsüm Liqa 1-də 15 oyunda 13 qol vurub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.