İdman

Federasiya prezidenti gənc qızları zorlamaqda ittiham olundu

1 May 2020 16:24
0 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur.

Milli.Az xəbər verir ki, ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri bu barədə məlumat verib.

Adı açıqlanmayan qız deyib ki, federasiya daxilində "Dadu" ləqəbli şəxs qızları prezidentlə yatmağa təzyiq edir. Razılaşmayanlar işdən və qadınlar millisindən qovulur.

Qızlardan biri 2018-ci ildə 17 yaşında bakirəliyini itirib və abort etdirməli olub.

"Dadu" ləqəbli şəxs açıqlamasında xəbəri təkzib edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.