İdman

"Bavariya" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

30 Aprel 2020 17:40
0 Şərh     Baxış: 828
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bavariya"da baş məşqçi Hans-Diter Flikin taleyinə aydınlıq gəlib.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Münhen klubunu çalışdırmaqda davam edəcək.

55 yaşlı çalışdırıcı Bundesliqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Anlaşmaya əsasən, Flik 2023-cü ilin yayına qədər "Bavariya"nın "sükanı arxası"nda olacaq. Bu gün baş tutan imzalanma mərasiminə baş məşqçi və klub rəsmiləri maska ilə qatılıblar. Onların koronavirus pandemiyası ilə əlaqədar məsafə saxlamaları diqqət çəkib.

Qeyd edək ki, "Bavariya" hazırda Almaniya Bundesliqasına başçılıq edir. Komanda eyni zamanda Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Çelsi" üzərində böyükhesablı (3:0) qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.