İdman

Növbəti klubunun adını açıqladı - Ederson

28 Aprel 2020 08:23
0 Şərh     Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin qapıçısı Ederson karyerasını davam etdirmək istədiyi klubun adını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Braziliya millisinin üzvü sabiq komandası "Benfika"ya qayıtmaq arzusundadır.

27 yaşlı dəri əlcək sahibi növbəti müqaviləsini məhz Portuqaliya klubu ilə bağlamaq niyyətində olduğunu gizlətməyib: "Yaxşı oğul həmişə evə qayıdar. Mən də "Benfika"ya dönmək istəyirəm. Ancaq bunu karyeramın sonlarında etmək istəmirəm, çünki həmin vaxt oyun səviyyəm indiki kimi olmayacaq".

Qeyd edək ki, Ederson iki il "Benfika"nın formasını geyindikdən sonra 2017-ci ildə "Mançester Siti"yə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.