İdman

UEFA-dan Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama

27 Aprel 2020 20:40
0 Şərh     Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"2020-ci il Avropa çempionatının 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcəyi ehtimal olunur. Eyni oyun təqvimi və eyni ev sahibi şəhərləri saxlamaq niyyətindəyik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu fikirlər UEFA-nın mətbuat xidmətindən Rusiyanın "Sport-Ekspess" nəşrinin sorğusuna cavab olaraq bildirilib.

Danimarkanın paytaxtı Kopenhagenin Avropa çempionatının oyunlarına ev sahibliyindən imtina etmək istəyi ilə bağlı xəbərə münasibət bildirən qitə futbol qurumunun açıqlamasında qeyd olunub: "İndiki mərhələdə matçların təqvimi rəsmən təsdiqlənməyib. UEFA bu məsələylə bağlı 12 şəhərin hamısı ilə sıx əlaqədədir. Yeni məlumatlar müvafiq qaydada elan olunacaq. Bu gün verə biləcəyimiz hansısa əlavə informasiyamız yoxdur".

Xatırladaq ki, Avro-2020-nin oyunları Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.