İdman

Türkiyə Superliqası iyunun 10-da bərpa oluna bilər

25 Aprel 2020 08:22
0 Şərh     Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının matçları iyunun 10-dan sonra bərpa oluna bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Klublar Komitəsinin sədri Mehmet Sepil aprelin 24-də Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.

O bildirib ki, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər iyunun 11, 12 və ya 13-dür. M.Sepil yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. Klublar Komitəsinin rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.