İdman

Teymur Rəcəbovla bağlı FİDE rəhbərliyinə müraciət edildi

23 Aprel 2020 19:27
0 Şərh     Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Arkadi Dvorkoviçə məktub ünvanlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məkbubda dünyanı bürüyən koronavirus pandemiyası zamanı Rusiyada bütün idman yarışlarının təxirə salındığı yada salınaraq, bununla belə Yekaterinburq şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təşkili barədə yazılıb.

Azərbaycan Şahmat Federasiyası FİDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı və Azərbaycan şahmatçısını İddiaçılar Turnirinə qaytarmaqla ədaləti bərpa etməyi xahiş edib.

Qeyd edək ki, Teymur Rəcəbov iştirakçıların sağlamlığının təhlükə altına alınması səbəbindən İddiaçılar Turnirinin başqa təxirə salınmasını təklif edib. FİDE bununla razılaşmayıb və Teymur Rəcəbov Maksim Vaşye Laqravla əvəzlənib. Nəticədə koronavirus pandemiyasına görə turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin başqa vaxtda davam etdiriləcəyi açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.