İdman

De Byazi millimizdən təklif alması haqda - "Hər şey son anda dəyişdi"

20 Aprel 2020 16:53
0 Şərh     Baxış: 1 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millidə işləmək maraqlı təcrübədir. Yığma komanda klubdan fərqlidir. Aylarla fasilədən sonra bir araya gələn futbolçularla oyuna hazırlaşmaq asan deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri italiyalı məşqçi Canni De Byazi "Football Italia"ya açıqlamasında deyib.

Millimizin baş məşqçisi vəzifəsinə namizədlərən biri olan 64 yaşlı çalışdırıcı ad çəkməsə də, üstüörtülü şəkildə AFFA-dan təklif aldığını təsdiqləyib: "Məni maraqlandıran bir layihə axtarıram. Ancaq ilk növbədə bu sağlamlıqla bağlı dünyada yaranan problemin necə həll olunacağını gözləməliyik. İranla qonşu ölkəyə getməyə yaxın idim. Hər şey son anda dəyişdi. Əlavə olaraq koronavirus problemi də ortaya çıxdı".

Qeyd edək ki, "Torino", "Levante", "Udineze", "Alaves" kimi klubları və Albaniya millisini çalışdırmış De Byazi 2017-ci ildən işsizdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.