Rusiya Premyer Liqasının 2019/2020 mövsümündə gözləniləndən aşağı səviyyədə çıxış edən futbolçuların adları bəlli olub.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, siyahıda "Spartak"da forma geyinən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də var. 24 yaşlı yarımmüdafiəçi yaxşı çıxış edə bilməyən oyunçular arasında 4-cüdür.
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-21 millisinin formasını geyinib.
Milli.Az