İdman

Bundesliqanın taleyi aprelin 23-də məlum olacaq

15 Aprel 2020 11:13
0 Şərh     Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada futbol liqalarının taleyinə aprel ayının 23-də aydınlıq gətiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol Birliyi məlumat yayıb. Açıqlamada Bundesliqa və Bundesliqa 2-nin taleyini həll edəcək iclasın vaxtının dəyişdirildiyi bildirilib.

Qeyd edilib ki, klublara daha çox zaman vermək məqsədilə aprel ayının 17-də keçirilməli olan iclasın vaxtı aprelin 23-nə dəyişdirilib.

Bundan əvvəl Almaniya Futbol Birliyinin rəhbəri Kristian Zayfert çepionatı may ayında bərpa edib, iyun ayında bitirmək niyyətində olduqlarını demişdi.

Qeyd edək ki, Almaniyada futbol çempionatları aprel ayının 30-dək təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.