İdman

""Barselona" iqtisadi və mənəvi iflasın astanasındadı"

13 Aprel 2020 15:43
0 Şərh     Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın prezidenti postuna namizəd Viktor Font "El Mundo Deportivo"ya müsahibə verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Font "Barselona"nın iflas təhlükəsi ilə üz-üzə olduğunu bildirib:
"Uzun müddət əvvəl xəbərdar etmişdik ki, "Barselona"nı "böyük fırtına" gözləyir. Klub tarixinin ən yaxşı futbolçu nəsli ilə vidalaşmalı, yeni idman kompleksi tikməli və böyük maliyyə resurslarına malik şirkətlərlə mübarizə aparmalı idi.

Neymarın transferi ilə bağlı məsələlər, oyunçular və əməkdaşlar arasında mübahisələr, sosial şəbəkələrdə baş verənlər... Siyahıya qeyri-sabit idman siyasəti, rəhbərliyin parçalanması və koronavirus səbəbindən gəlirlərin əhəmiyyətli dərəcədə azalmasını da əlavə edə bilərsiniz. Klub iqtisadi və mənəvi iflasın astanasındadı. Oyun bitdi".

Texnologiya sahəsində çalışan Font, "Delta Partners" şirkətinin yaradıcısıdı. O, 2021-ci ildə keçiriləcək klubdaxili prezident seçkilərində Jozep Bartomeunun əsas rəqibi hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.