İdman

Bu ölkədə də futbol bərpa olunur - Aprelin 19-dan

11 Aprel 2020 16:54
0 Şərh     Baxış: 2 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın əksər ölkəsində futbol çempionatının dayandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunur.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkənin Futbol Federasiyası milli çempionatın matçlarının aprelin 19-dan davam etdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.

Rəsmi məlumata əsasən, bu ölkədə COVİD-19 virusu aşkar edilməyib. "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı bildirir ki, Türkmənistanda "koronavirus" sözünün işlənməsinə qadağa qoyulub.

Əlavə edək ki, hazırda Belarus, Burundi, Nikaraqua, Tacikistan və Myanmada yerli çempionatlar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.