İdman

Ronaldu bayraqlardan maska taxdı, çağırış etdi - FOTOlar

11 Aprel 2020 13:24
0 Şərh     Baxış: 1 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu koronavirus pandemiyası ilə bağlı çağırış edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "İnstagram" hesabında Portuqaliya və İtaliya bayraqları rəngində maskalarla 2 şəklini paylaşan superulduz belə yazıb:

"Dünyamız üçün çox çətin olan bu anda birləşməyimiz, bir-birimizi dəstəkləməyimiz vacibdi. Gəlin, başqalarına kömək üçün gücümüz çatanı birlikdə edək".

Qeyd edək ki, Ronaldu karantin dönəmini ailəsi ilə birgə Madeyra adasındakı villasında keçirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory