İdman

Daha bir dünya ulduzu "Qalatasaray" yolunda

10 Aprel 2020 12:27
1 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" Radamel Falkaodan sonra daha bir dünya ulduzunu heyətinə qata bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İstanbul klubu Çinin "Şanxay SIPG" klubunda çıxış edən Halka maraq göstərir.

Məlumata görə, braziliyalı futbolçu Çindən ayrılmaq istəyir və bu arzusunu klub rəhbərliyinin nəzərinə çatdırıb. O, UEFA Çempionlar Liqasında çıxış edən bir klubda oynamaq niyyətindədi. Bu məqsədlə Çində qazandığından dəfələrlə az maaşa belə razıdı.

Artıq Halka maraq göstərən klublar arasında "Qalatasaray" da var. İstanbullular növbəti mövsüm Çempionlar Liqasına daha iddialı heyətlə çıxmaq üçün braziliyalı ulduzu rənglərinə bağlamaq istəyir.

Qeyd edək ki, Halk karyerasına 2004-cü ildə Braziliyalının "Vitoriya" klubunda başlayıb. 2005-ci ildə Yaponiya təmsilçisi "Kavasaki Frontale"yə icarəyə verilən futbolçu 2006-cı ildə bu kluba transfer olunub. O, Yaponiyanın "Konsadole Sapporo" və "Tokio Verdi" klublarında da icarə əsasında top qovub. 

"Tokio Verdi" 2008-ci ilin aprelində braziliyalının transfer hüququnu alıb, avqustunda 5,5 milyon avroya Portuqaliyanın "Portu" klubuna satıb. 2012-ci ildə 40 milyon avroya Rusiya "Zenit"inə keçən futbolçu 2016-cı ilin yayında 55,8 milyon avro qarşılığında "Şanxay SIPG"ə satılıb. 

Halk karyerası ərzində 3 ölkədə kuboklara sahib çıxıb. "Portu" ilə Portuqaliya çempionluğunu (4 dəfə), kubokunu (3), Super Kubokunu (3) və Avropa Liqasını (1) qazanan "sambaçı" "Zenit"lə Rusiya Premyer Liqasının (1), kubokunun (1) və Super Kubokunun, "Şanxay SIPG"lə Çin Super Liqasının (1) və Super Kubokunun (1) qalibi olub. 

Halk Braziliyanın U-23 millisi ilə 2012-ci ildə Yay Olimpiya Oyunlarının gümüş, əsas millisi ilə 2013-cü ildə qızıl medalını qazanıb. 33 yaşlı forvard A millidə keçirdiyi 47 oyunda 11 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.