İdman

"Mançester Sİti"nin futbolçusu seks partisi təşkil edib, “evdə qal” dedi

6 Aprel 2020 12:10
1 Şərh     Baxış: 4 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kayl Uolker koronavirus pandemiyasına görə müəyyən edilmiş karantin qaydalarını pozub. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, ingilis müdafiəçi Heyldəki evinə iki qız dəvət edərək, seks partisi təşkil edib. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

29 yaxşlı futbolçu kimliyini gizlətmək istəsə də, qızlardan biri onu tanıyıb. O, qızlarla 2200 funt-sterlinq qarşılığında razılaşıb. Uolkerin evinə çağırdığı qızlardan biri olan Luis Maknamara müdafiəçi ilə 3 saat keçirdiklərini deyib.

Uolker etdiyinin səhv olduğunu qəbul etsə də, "Mançester Siti" rəhbərliyinin onu cəzalandıracağı gözlənilir. Artıq klub da sözügedən məsələ ilə bağlı bəyanat yayıb və futbolçu barədə intizam işinin açıldığını bildirib.

Maraqlıdı ki, İngiltərə millisinin üzvü bu hadisədən bir gün sonra sosial şəbəkə hesabında izləyicilərinə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə "evdə qal" çağırışı da edib.

İngiltərədə daha öncə "Aston Villa"nın kapitanı Cek Qriliş də sosial şəbəkə hesabında hər kəsi evdə qalmağa səslədiyi halda, sonradan avtomobil qəzası keçirməsiylə diqqət mərkəzinə düşmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.