İdman

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyacaq

5 Aprel 2020 15:35
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli komandaların FİFA reytinqi aprelin 9-da açıqlanacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, siyahıda yalnız cüzi dəyişikliklər olacaq.

Buna səbəb hesabat dövründə keçirilməli olan matçların koronavirus pandemiyası üzündən təxirə salınmasıdır. Yığmaların martdakı görüşlərinin baş tutmamasına görə cədvəldə cəmi 5 dəyişiklik baş verəcək.

Belarus 2, Fil Dişi Sahili və Cənubi Sudan bir pillə irəliləyəcək. Bolqarıstanla Haitini isə bir addımlıq geriləmə gözləyir.

Dəyişikliklərin olmayacağı reytinqdə Azərbaycan yığması da 114-cü sırada qalacaq. Hələ də baş məşqçisi olmayan millinin aktivindəki xal da dəyişməyəcək - 1177.

Qeyd edək ki, siyahının ilk "üçlüy"ündə Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yerini qoruyacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.