İdman

Kriştianu Ronaldo futbol tarixində yeni rekord vuracaq

2 Aprel 2020 23:12
2 Şərh     Baxış: 5 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo yeni rekord müəyyənləşdirməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, portuqaliyalı superulduz bu dəfə oyun və ya qola yox, qazandığı pul sayına görə ilki reallaşdıracaq.

Bu il 35 yaşlı forvardın karyerası ərzində əldə edəcəyi ümumi gəlirin məbləği 1 milyard avroya çatacaq. Bununla da o, 1 milyard avroluq səddi keçən ilk futbolçu kimi tarixə düşəcək. İndiyə qədər 2 idmançının - amerikalı qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezerin qazancı bu məbləği keçib. Ronaldo ilə yanaşı, tezliklə isveçrəli tennisçi Roje Federer də onlara qoşulacaq.

Qeyd edək ki, Kriştianu Ronaldonun "Yuventus"da illik qazancı 30 milyon avrodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.