İdman

"Barselona" futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək

30 Mart 2020 21:15
1 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçuları məvaciblərinin azaldılmasına razılıq verməsə, rəhbərlik radikal qərarlar qəbul edəcək.

Trend-in İspaniya mətbuatına istinadən məlumatına görə, artıq klub mükafat fondunu azaltmağı düşünür.

Komandanın oyunçuları isə rəhbərliyə "Real"ı nümunə göstərir. Çünki Madrid klubunun rəhbərliyi koronavirus pandemiyasına görə oyunçuların məvacibini azaltmayacaq. Ona görə, Kataloniya futbolçuları da maaşlarının əvvəlki səviyyədə qalmasını istəyirlər.

Klubun bəzi üzvləri bildirib ki, hazırda yaranan maliyyə problemlərinə görə günahkar rəhbərliyin özüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.