İdman

De Xeadan ölkəsinə 300 minlik yardım

27 Mart 2020 18:55
1 Şərh     Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in qapıçısı David de Xea koronavirus pandemiyası ilə mübarizədə ölkəsinə dəstək olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan qapıçı doğulduğu Madrid şəhərindəki səhiyyə təşkilatına 300 min avro bağışlayıb.

Bu məbləğin tibbi ləvazimatların alınmasına və şəhərin yoxsul sakinlərinə kömək etmək üçün xərclənəcəyi bildirilib.

Bu, De Xeanın ilk nəcib addımı deyil. O, ötən ilin sentyabrında İspaniyanın Alikante vilayətindəki daşqın zamanı ölənlərin ailələlərinə 200 min avro maddi yardım göndərmişdi.

Qeyd edək ki, İspaniya koronovaris qurbanlarının sayında artıq epidemiyanın yarandığı Çini geridə qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.