Türkiyə millisinin və "Yuventus"un 22 yaşlı müdafiəçisi Merih Demiral koronavirus pandemiyasına qarşı mübarizə kampaniyasına qoşulub.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bunu futbolçu "Tvitter" səhifəsində özü yazıb.
Merih evdən hər gün çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün ərzaq yardımı edəcəyini yazıb.
Futbolçu ailələrin Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən seçiləcəyini vurğulayıb.
Milli.Az