Merih Demiral 2 min ailəyə yardım edəcək

27 Mart 2020 14:52

Türkiyə millisinin və "Yuventus"un 22 yaşlı müdafiəçisi Merih Demiral koronavirus pandemiyasına qarşı mübarizə kampaniyasına qoşulub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bunu futbolçu "Tvitter" səhifəsində özü yazıb.
 
Merih evdən hər gün çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün ərzaq yardımı edəcəyini yazıb.
 
Futbolçu ailələrin Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən seçiləcəyini vurğulayıb.

Milli.Az