İdman

Azərbaycan Gimnastika Federasiyasının kollektivi əmək haqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

26 Mart 2020 14:57
Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Gimnastika Federasiyasının (AGF) kollektivi, bədii gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika və batut gimnastikası üzrə milli komandaların idmançıları və məşqçiləri, eləcə də tibbi personal əməkhaqlarının bir hissəsini, ümumilikdə 20 min manat məbləği Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Milli.Az bildirir ki, Trend bu barədə Federasiyaya istinadən məlumat verir.

Qeyd olunur ki, AGF-in "Instagram"da rəsmi səhifəsində şənbə və bazar istisna olmaqla hər gün bütün yaş qrupları üzrə sakinlər üçün səhər gimnastikası məşğələləri keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.