İdman

Ronaldinyo həbsdə qaldı

17 Mart 2020 11:16
0 Şərh     Baxış: 2 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paraqvay məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini rədd edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sabiq oyunçunun vəkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib. Bunun üçün 1.4 milyon avro məbləğində girov təklif olunsa da, məhkəmə bundan imtina edib.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.