UEFA Avro-2020-nin koronavirus pandemiyası səbəbindən təxirə salınması üzərində çalışır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun nümayəndəsi Evelina Kristillin məlumat verib.
O, bununla bağlı öz fikrini də bildirib: "Fikrimcə, indi milli liqaların başa çatması üçün vaxt vermək və Avro-2020-ni növbəti ilə təxirə salmaq məqsədəuyğundur. Turnirin gələn ilə təşkil etmək ehtimalını araşdırırıq".
Xatırladaq ki, Avro-2020 iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.
Milli.Az