İdman

Çempionlar Liqasının daha bir oyunu təxirə salınıb

12 Mart 2020 23:27
0 Şərh     Baxış: 1 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının daha bir oyunu təxirə salınıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 1/8 final mərhələsinin gələn həftə keçirilməli olan "Yuventus" (İtaliya) - "Lion" (Fransa) qarşılaşması keçirilməyəcək.

Buna İtaliya təmsilçisinin futbolçusu Daniele Ruqanidə koronavirusun aşkarlanması səbəb olub. Bütün komanda karantinə alınıb. Bu üzdən də görüş qeyri-müəyyən müddətə təxirə düşüb.

Bu oyun martın 17-də keçirilməli idi. Bunadək "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) matçı da təxirə salınıb.

Qeyd edək ki, UEFA avrokuboklarla bağlı martın 17-də qərar verəcək. Turnirlərin koronavirus üzündən dayandırılacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.