İdman

Çempionlar Liqası və Avroliqa dayandırıldı

12 Mart 2020 16:57
0 Şərh     Baxış: 2 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA təşkil etdiyi yarışları dayandırıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının oyunları Avropanı cənginə alan koronavirusa görə təxirə salınıb. Qitə futbol qurumu rəsmi qərarı tezliklə açıqlayacaq.

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 6 oyun keçiriləcəkdi. Bu matçların 4-nə azarkeş buraxılmayacaqdı. "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" matçları isə təxirə salınmışdı.

Çempionlar Liqasının 1/ 8 final mərhələsinin nöbəti 4 oyunu gələn həftəyə planlaşdırılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.