İdman

"Atletiko"nun niyə belə oynadığını anlaya bilmirəm" - Klopp

12 Mart 2020 11:39
0 Şərh     Baxış: 2 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düzgün sözlər axtarıram. Əsas səhvimiz ikinci qolu əsas vaxtda yox, əlavə vaxtda vurmağımız oldu. Çünki əsas vaxtda gözəl oynadıq. Amma buraxdığımız qolları izah etmək mümkün deyil. Qapımızda gördüyümüz ikinci qoldan sonra oyunçular yorulmuşdular. Onlar oynamaqda çətinlik çəkirdilər. Ötürmələr artıq istədiyimiz kimi deyildi. Birinci qoldakı kimi oyunumuzu sadəcə unutmuşdular".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab matçdan sonra deyib.

O, komandasının oyunundan razı qaldığını bildirib: "Belə rəqiblərə qarşı oynamaq çətindir. Amma "Atletiko" kimi komandanın niyə belə oynadığını anlamıram. Rəqibimiz əsl futbol oynaya bilərdi. Ancaq onlar çox müdafiə olunurdular və əks-hücumlardan istifadə edirdilər".

Alman mütəxəssis bu görüşdə şanssız olduqlarını söyləyib: "Düzgün hesab etməsəm də, bu nəticəni qəbul edirik. Bu matçda şanssız idik. Xüsusilə, oyunçularım hər iki xəttdə 4 nəfərlə qorunan dünya səviyyəli rəqibə qarşı görüşdə çox təşəbbüs göstərdilər.

Bəli, son iki ildə uğurlarımız oldu. İki dəfə finala çıxdıq. Amma bu oyunda əsas məqamlarda hər şey bizə qarşı oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.