Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.
Milli.Az matc.az-a istinadən xəbər verir ki,Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə Drezden "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Sari mövsümdə 8 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
25 turdan sonra 34 xala malik "Ersgebirge" 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Milli.Az