İdman

Messi üçüncü yerə yüksəldi

8 Mart 2020 18:57
0 Şərh     Baxış: 1 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasının XXVII tur matçında "Barselona" "Real Sosyedad"ı qəbul edib.

"Kamp Nou"da baş tutmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə topu 81-ci dəqiqədə Lionel Messi penaltidən vurub. Bu, argentinalı hücumçunun La Liqa karyerasında 55-ci qolu olub. Argentinalı hücumçu bu göstəricidə turnir tarixində üçüncü yeri tutur.

Penaltidən vurulan qolların sayında ikinci yerdə 1981 - 1992-ci illərdə "Atletiko" və "Real Madrid"də, 1993/1994 mövsümündə isə "Real Sosedad"da oynamış Uqo Sançes qərarlaşıb. O, 56 penaltini qola çevirib.

La Liqada bu göstərici üzrə lider Kriştianu Ronaldudur. O, 61 penaltini dəqiq yerinə yetirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.