İdman

Türkiyəli gimnast paralel qollarda hərəkətlərdə "AGF Junior Trophy" beynəlxalq turnirinin qızıl medalını qazanıb

8 Mart 2020 14:57
Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli gimnast Mərt efe Kiliçer (12.700 xal) kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirində paralel qollarda hərəkətlərdə qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ikinci yerdə Çinin Taybey şəhərini təmsil edən Huanq Yen-Çanq (12.650 xal), üçüncü yerdə isə Ukraynanı təmsil edən Nazar Vasilkovski (12.550 xal) qərarlaşıblar.

Azərbaycan gimnastları Rəsul Əhmədzadə (12.400 xal) və Ramin Dəmirov (12.200 xal) 4-cü və 7-ci yerləri tutublar.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.