İdman

"Tottenhem"lə oyunda şparqalkadan istifadə etdi, penaltilər qaytardı

5 Mart 2020 18:49
1 Şərh     Baxış: 1 400
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Norviç"in qapıçısı Tim Krulun İngiltərə kubokunun 1/8 finalında  "Tottenhem"lə matçda şparqalkadan istifadə etdiyi məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşün qəhramanının penaltilər seriyasında şparqalka sayəsində penaltiləri qaytarıb. Belə ki, 31 yaşlı qolkiper Troy Parrott və Jedson Fernandeşin zərbələrindən əvvəl şüşə butulkadan su içib. Sonradan məlum olub ki, həmin butulkanın üzərində "Tottenhem"in futbolçularının penaltini hansı künclərə vuracağı yazılıb.

Qeyd edəki ki, "Norviç" əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 3:2 qalib gələrək növbəti mərhələyə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.