İdman

İran çempionatı koronavirusa görə təxirə salındı

5 Mart 2020 11:54
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda koronavirus epidemiyasına görə bütün futbol matçları ləğv olunub. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, müvafiq qurumlar ölkədə sürətlə yayılmaqda olan bu xəstəliklə əlaqədar, yüksək liqa da daxil olmaqla bütün çempionatlarda oyunların martın 20-nə qədər təxirə salınmasına qərara veriblər.

İran çempionatında Cənubi Azərbaycanı təmsil edən "Traktor" və "Maşinsazi" klubları da çıxış edir. "Traktorçular" 21 turdan sonra 37 xalla üçüncü, digər Təbriz klubu isə 24 xalla doqquzuncudu.

Qeyd edək ki, İranda 3000-dən çox koronavirusa yoluxan varsa, azı 92 nəfər dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.