İdman

“Lester” və “Mançester Siti” 1/4 finalda, “Tottenhem” mübarizəni dayandırdı

5 Mart 2020 08:18
0 Şərh     Baxış: 1 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə kubokunda 1/8 finalın daha üç oyunu keçirilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Mançester Siti" və "Lester" aşağı liqa təmsilçiləri ilə görüşlərdə minimal hesabla qələbə qazanıb.

Mançesterlilər "Şeffild Uensdey"i, "Lester" isə "Birminhem"i məğlubiyyətə uğradıb. Premyer Liqa klubları "Tottenhem"lə "Norviç"in görüşündə komandalar hərəyə bir qol vurub. Qalibin adına penaltilər seriyası aydınlıq gətirib. Daha dəqiq olan "Norviç" növbəti raunda adlayıb.

Bunadək daha 4 komanda 1/4 finala yüksəlib. Bunlar "Arsenal", "Çelsi", "Nyukasl" və "Şeffild Yunayted" komandalarıdır.

Qeyd edək ki, mərhələ martın 5-də keçiriləcək "Derbi" - "Mançester Yunayted" matçı ilə yekunlaşacaq.

İngiltərə kuboku
1/8 final
4 mart

"Şeffild Uensdey" - "Mançester Siti" - 0:1
Aquero, 53
"Lester" - "Birminhem" - 1:0
Pereyra, 82
"Tottenhem" - "Norviç" - 1:1, pen. 2:3
Vertongen, 13 - Drmiç, 78

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.