İdman

Karaman "Rizəspor"da

3 Mart 2020 21:24
0 Şərh     Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Rizəspor" klubunun yeni baş məşqçisi məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisini Ünal Karaman çalışdıracaq. 53 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
 
Son iki ildə "Trabzonspor"u çalışdıran Ünal Karaman, bu ilin yanvar ayından işsiz idi. O, "Rizəspor"da İsmail Kartalı əvəz edib.
 
Qeyd edək ki, "Rizəspor" Superliqada 24 turdan sonra 24 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.