İdman

"Qalatasaray", PSJ və "Qarabağ"

3 Mart 2020 13:59
0 Şərh     Baxış: 2 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa liqalarında 2020-ci ildə məğlub olmayan komandaların adları məlum olub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, cari ildə yoluna maksimum performansla davam edən tək klub "Qalatasaray"dır.

İstanbul təmsilçisi 2020-ci ildə çıxdığı 7 çempionat görüşünün hamısında qalib gəlməyi bacarıb. Premyer Liqa lideri "Liverpul"un isə qələbə seriyası bitib. "Qırmızılar" son turda səfərdə "Uotford"a məğlub olaraq (3:0) ilin və mövsümün tək məğlubiyyətini alıblar. "Arsenal" da 2020-ci ildə meydanı xalsız tərk etməyənlər içərisindədir. "Topçular" cari ildə keçirdiyi  7 qarşılaşmada 4 qələbə, 3 heç-heçə ediblər.

Bundesliqada 10 oyundur uduzmayan "Bavariya" yeni ildə çıxdığı 7 matçdan 6 qələbə alıbsa, birində meydanı "sülh"lə tərk edib. A Seriyasının iki təmsilçisi - "Latsio" və "Verona" da 2020-də məğlubiyyət görməyiblər. Liqa 1-də 15 matçdır uduzmayan PSJ  bu il çıxdığı 9 oyundan 7 qələbə, 2 heç-heçə alıb.

Premyer Liqamızın lideri "Qarabağ" da 2020-ci ildə yoluna məğlubiyyətsiz davam edir. Ağdam klubu fasilədən sonra keçirdiyi 5 görüşdə 3 qələbə qazanıbsa, digər iki qarşılaşmada rəqibləri ilə "sülh" bağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.