İdman

Renat "Tottenhem"lə oyunda dubl etdi

3 Mart 2020 09:46
0 Şərh     Baxış: 1 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton"un U-23 komandası 18-ci turda səfərdə "Tottenhem"li həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2.
 
Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə fərqi minumuma endirib. 
 
"Vulverhempton" bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.