Beynəlxalq İdman Arbitraj Məhkəməsi üzgüçülük üzrə üçqat Olimpiya çempionu Sun Yanı cəzalandırıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, antidopinq qaydalarını pozduğuna görə 8 il müddətinə cəza alıb. Çinli idmançının cəzası fevralın 28-dən qüvvəyə minib.
Sunun cəzasının ağırlaşdırılmasının səbəbi isə onun öz analiz şüşəsini sındırmasıdır. O, həmçinin Dünya Antidopinq Agentliyinin (WADA) əməkdaşını da təhqir edib.
Xatırladaq ki, Sun Yan 11 dəfə dünya çempionu olub.
Milli.Az