İdman

Vinisius “El-Klassiko”nun tarixinə düşdü - Messini geridə qoydu

2 Mart 2020 13:52
3 Şərh     Baxış: 2 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın futbolçusu Junior Vinisius "El-Klassiko"nun tarixinə düşüb.

Milli.Az qol.az-a istinadən yazır ki, braziliyalı 21-ci əsrdə "El-Klassiko"da qol vuran ən gənc oyunçu ünvanına çatıb. O, bu göstəriciyə 19 yaş 233 günündə nail olub. Daha əvvəl rekord 2007-ci ilin martında, 19 yaş 259-cu günündə "Real"ın qapısından qol keçirən "Barselona"nın hücumçusu Lionel Messiyə məxsus idi.

Qeyd edək ki, dünən La Liqanın 26-cı turunun "Real"- "Barselona" matçında meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar. Madridlilərin ilk qolunu 71-ci dəqiqədə Vinisius vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.