İdman

“Messi mənim etdiklərimi bacarmazdı” - Maradona

27 Fevral 2020 20:39
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə həmyerlisi Lionel Messi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  59 yaşlı sabiq oyunçu jurnalistin "Messi gələcəkdə "Napoli"də çıxış edə bilərmi?" sualına belə cavab verib:

"Messi hazırda eniş dövrünü keçirir. Amma o, mənim yaşadığım həyatı yaşamayıb. Messi "Napoli"də oynaya bilər. Amma açıq danışaq, mənim etdiklərimi bacarmazdı. "San Paolo" stadionunun Dieqosu olsa da, ümid edirəm ki, "Napoli" azarkeşlərinin bir Messisi olar".

Qeyd edək ki, D.Maradonanın 1984-1991-ci illərdə formasını geyindiyi "Napoli" Çempionlar Liqasının 1/8 finalında "Barselona"nın rəqibidir. Komandalar arasında ilk oyun 1-1 hesabı ilə başa çatıb. Cavab isə görüşü martın 18-i keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.