İdman

"Qərar hüququ olmaqdan çox siyasidir" - "Siti"dən UEFA-nın cəzasına reaksiya

20 Fevral 2020 08:58
0 Şərh     Baxış: 1 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin prezidenti Ferran Soriano UEFA-nın klubu 2 mövsümlük avrokuboklarına uzaqlaşdırması ilə bağlı qərarını şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, klubun saytına açıqlamasında maliyyə "feyr pley" qaydalarını pozmadıqlarını deyib: "Azarkeşlərimiz iki şeydən əmin ola bilər. Birincisi, bizə edilən ittihamlar yanlışdır. İkincisi, bunu sübut etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".

UEFA ilə hər zaman işbirliyi qurduqlarını vurğulayan Soriano daha sonra bildirib: "Gəlir əldə edən klubuq, borcumuz yoxdur. Hesablarımız dəfələrlə araşdırılıb. Təcrübələrimizə görə, verilən qərar hüquq olmaqdan çox siyasi görünür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.