İdman

AFFA sahibkarları Avro 2020-nin keçirilməsində fəal iştirak etməyə çağırır

19 Fevral 2020 11:42
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA sahibkarları futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsində fəal iştirak etməyə çağırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Avro 2020 üzrə əlaqələndiricisi Kamran Vəliyev "Avro 2020: KOB üçün perspektivlər" adlı tədbir zamanı deyib.

O bildirib ki, Avropa çempionatı ilə bağlı fan-zona Ağ şəhər bulvarında yaradılacaq.

Fan-zonanın xüsusiyyətləri barədə danışan K.Vəliyev bildirib ki, turnir zamanı yerli biznes üçün qonaqların qida, nəqliyyat, hotel, suvenir və hədiyyələrlə təmin olunması üçün geniş imkanlar yaranacaq.

O, sahibkarları turnirin keçirilməsində fəal iştirak etməyə çağırıb və qeyd edib ki, AFFA-nın saytında yarışla əlaqədar müxtəlif tenderlərin keçirilməsi ilə bağlı məlumatlar yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.