İdman

Azarkeşlər şikayət etdi, həbs olundu

19 Fevral 2020 22:04
1 Şərh     Baxış: 1 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın 3-cü divizionunda keçirilən "Proysen Mnyuster" - "Kikkers" qarşılaşmasında insident yaşanıb.

Milli.Az kaspi.az-a istinadən bildirir ki, meydan sahiblərinin fanatlarından biri rəqibin futbolçusu Leroy Kvadvoya qarşı irqçi şüar səsləndirib. Ancaq onun bu hərəkəti digər azarkeşlər tərəfindən sərt etirazla qarşılanıb. Onlar "nasist, rədd ol burdan" deyərək, onu stadiondan qovublar.

Fanatlar bununla da sakitləşməyiblər. Onlar polisə şikayət ediblər. Polis həmin fanatı həbs edib. İndi onu, hərəkətinə görə cərimə və 5 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.