İdman

Batut gimnastikasında fərdi proqramda qaliblər və mükafatçıların mükafatlandırma mərasimi olub - FOTO

16 Fevral 2020 14:56
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında fərdi proqramda qaliblər və mükafatçıların mükafatlandırma mərasimi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadınlar arasında birinci yeri Syuein Çju (Çin), ikinci yeri Lyu Linlin (Çin), üçünçü yeri isə Samanta Smit (Kanada) tutublar.

Qalibə və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə texniki komitəsinin üzvü Sinq Liu, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Azərbaycan Ginmastika Federasiyasının meneceri Fərhad Əhmədbəyli təqdim ediblər.

Kişilər arasında ən yaxşı nəticəni çinli gimnast Ley Qao göstərib, ikinci yerdə belarus idmançı İvan Litvinoviç, üçüncü yerdə isə çinli Donq Donqu qərar tutublar.

Qalibə və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə texniki komitəsinin vitse-prezidenti Dmitri Polyaruş, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasileva və Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov təqdim ediblər.

Həmçinin ənənəvi olaraq ən yüksək icra balına görə "AGF Trophy" Kuboku da verilib. Kubokun qalibləri Syuein Çju (Çin) və Vladislav Qonçarov (Belarus) olublar. Kuboku Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Horst Kuntse təqdim edib.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.