Çində yayılan Koronavirusa görə bu ölkədə keçirilməsi nəzərdə tutulan "Formula 1" üzrə Çin Qran-prisi ləğv olunub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası qərar qəbul edib. Qurumun rəsmi "Twitter" bildirib ki, yarış iştirakçıları ilə azarkeşlərin səhhətinin təhlükəsizliyi ilə əlaqədar belə bir qərar verilib.
Qeyd edək ki, Çin Qran-prisi aprelin 17-19-da keçirilməıli idi.
Milli.Az