İdman

"Elvin bizə faydalı olacaq" - Ümit Özat

12 Fevral 2020 11:02
1 Şərh     Baxış: 1 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelik"in baş məşqçisi Ümit Özat "Sportssport.ba" saytına komandasının hazırlıq prossesini dəyərləndirib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis heyətə cəlb edilən yeni oyunçular barədə də danışıb.

Özat milli komandamızın sabiq üzvü Elvin Yunuszadənin komandaya faydalı olacağına inandığını açıqlayıb:

"Oyunçularımın işindən, motivasiyasından tam razıyam. Hazırlığımız çox yaxşı gedir. Komandaya sonuncu qoşulan futbolçu Elvin Yunuszadə oldu. O, Çempionlar Liqasında bir neçə oyun keçirib. Əminəm ki, bizə faydalı olacaq".

Yunuszadə Bosniya və Hersoqovina təmsilçisi ilə yaya qədər müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.