İdman

"Belə məğlubiyyətlər insanı ağrıdır"

7 Fevral 2020 14:21
1 Şərh     Baxış: 1 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya kubokunun 1/4 final mərhələsində "Real Madrid" evdə "Real Sosyedad"a 3:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, görüşün ardından Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan oyun barədə fikirlərini bildirib:

"Məğlub olduğumuz üçün çox məyusuq. İlk hissədə yaxşı oynaya bilmədik. İkinci hissə isə biraz düzəldik. Sona qədər mübarizə apardığımızı deyə bilərəm. Oyunda dəyişiklik etmək üçün bacardığımızı etdik. Məncə, əvəzetmələrdə səhvə yol verməmişik. Ancaq yenə də qalib gələ bilmədik. Bilirəm ki, belə məğlubiyyətlər insanı ağrıdır".

Qeyd edək ki, "Real Madrid"lə yanaşı, "Barselona" da səfərdə "Atletik"ə 0:1 hesabı ilə uduzaraq ölkə kubokunda mübarizəni dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.