İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Milli.Az xəbər verir ki, son oyunda "Barselona" "Atletik"in (Bilbao) qonağı olub və 0:1 hesabı ilə uduzub.
"Atletik" - "Barselona" - 1:0
Qol: İnaki Uilyams, 90+3
Bu qələbə ilə Bilbao təmsilçisi növbəti mərhələyə yüksəlib. Bundan əvvəl "Qranada", "Mirandes" və "Real Sosyedad" yarımfinala adını yazdırmışdı.
Milli.Az