"Atletik" "Barselona"nı kubokdan kənarlaşdırdı - VİDEO - FOTO

7 Fevral 2020 11:47

İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Milli.Az xəbər verir ki, son oyunda "Barselona" "Atletik"in (Bilbao) qonağı olub və 0:1 hesabı ilə uduzub.

"Atletik" - "Barselona" - 1:0
Qol: İnaki 
Uilyams, 90+3

Bu qələbə ilə Bilbao təmsilçisi növbəti mərhələyə yüksəlib. Bundan əvvəl "Qranada", "Mirandes" və "Real Sosyedad" yarımfinala adını yazdırmışdı.

Milli.Az